Yeni A6-nın kuzovu qısaldılaraq uzunluğu 4,92 metrə endirilib, kuzovun hündürlüyü və eni isə, müvafiq olaraq, 1,87 və 1,46 metr təşkil edir. Təkər bazasının ölçüsü 2,91 metrədək artıb. Yeni A6 bu sinfə aid avtomobillər arasında ən yaxşı aerodinamik müqavimət əmsalına malikdir – 0,26. Kuzovda alüminium materialların istifadəsi hesabına avtomobilin çəkisi 80 kiloqramadək azalıb.
Opsiya qismində ksenon faralar və işıq-diodlar təklif olunur, qarşıdan nəqliyyat vasitəsi gəldikdə uzaq məsafə işıqlarını yaxın məsafə işıqları əvəzləyir. Faralar naviqasiya sisteminin məlumatları əsasında döngə yerlərdə işıq selini qabaqcadan (sürücü sükanı döndərməmiş) lazımi tərəfə döndərirlər.
Yeni Audi A6 iki benzin mühərriki və ya birbaşa yanacaqçiləmə sistemli üç dizel mühərriki, qazbölüşdürmə fazalarının dəyişdirilməsi sistemi ilə təchiz oluna bilər. Bunların sayəsində yanacağa ümumi qənaət orta hesabla 19% arta bilər. 2,0 və 3,0 litr həcmli dizel mühərrikləri (müvafiq olaraq 177 və 203 at gücündə) yalnız ön ötürücü ilə təklif olunacaq və yalnız altı pilləli mexaniki transmissiya ilə və ya pilləsiz variatorla təchiz olunacaq. 245 at gücünə malik olan daha güclü V6 dizel mühərriki yalnız yeddi pilləli robotlaşdırılmış S-tronic transmissiyası ilə (iki bəndləyici ilə) və tam ötürücü ilə təchiz olunacaq. Eyni sözlər 3,0 litr həcmə və 300 at gücünə malik benzin mühərrikinə də aiddir. 2,8 litr həcmə və 204 at gücünə malik benzin mühərriki isə mexaniki transmissiya ilə (ön ötürücülü versiya üçün) və S-tronic transmissiyası ilə (tam ötürücülü versiya üçün) təklif olunacaq. Bir müddət sonra satışda hibrid güc qurğusu ilə (ümumi gücü 245 at gücü təşkil edən 2,0 litr həcmli turbinli motorla və elektromotorla) təchiz olunmuş versiyalar peyda olacaq. Avtomobil elektrik motoru ilə 3 kilometrədək məsafə qət edə biləcək, sürət 100 km/saatı keçdikdə daxiliyanma mühərriki avtomatik işə düşəcək. Qarışıq rejimdə yanacaq sərfi 100 km məsafəyə 6,2 litr təşkil edir. Bu model ön ötürücülü olacaq. Audi A6 modelləri cərgəsini həmçinin universal Avant kuzovlu versiyalar, offrouder versiyası Allroad, habelə gücləndirilmiş S6 və RS6 versiyaları tamamlayacaq. Almaniyada yeni Audi A6-nın dəyəri 38.500 avrodan başlayacaq.
|