Главная

Регистрация

Вход
AVTO-AZ
Вторник, 07.05.2024, 21:00
Приветствую Вас Гость | RSS
Block title
Меню
Статистика
Счетчики посещений
Главная » 2011 » Январь » 26 » “Hər məkanın qəhrəmanı” ilə ilk görüş
14:46
“Hər məkanın qəhrəmanı” ilə ilk görüş

İyulun 30-da keçirilən möhtəşəm tədbirlə Nurgun Motors şirkəti Yeni Nissan Patrol modelini təqdim etdi. Təqdimat mərasimi şirkətin Salamzadə küçəsi, 6 ünvanında yerləşən Nissan salonunda baş tutdu. Tədbirdə çoxlu sayda jurnalist və Nissan həvəskarı iştirak edirdi. Ağ pərdənin altında gizlədilən "Hər məkanın qəhrəmanı Nissan Patrol” bir qədər sonra qonaqlara nümayiş etdiriləcəkdi. Bu məqamı hamı həyəcanla gözləyirdi. Təqdimatdan öncə jurnalistlər üçün mətbuat konfransı təşkil olundu. Tədbiri giriş sözü ilə açan Nurgun Motors şirkətinin marketinq meneceri İlkin Qurbanov qeyd etdi ki, bu gün Azərbaycan avtomobil aləmində əlamətdar gündür. Avtomobil həvəskarlarının çoxdan bəri gözlədiyi yeni Nissan Patrol modeli rəsmi olaraq təqdim olunur və satışlarına start verilir. Daha sonra Nissan Patrolun tarixini əks etdirən qısa bir film nümayiş etdirildi. 50 illik əfsanə yenə də liderliyini qoruyur. Elə suallara keçmişkən, ilk sualımızı şirkətin brend meneceri Kamran Məmmədova ünvanladıq:
- Kamran bəy, Nissan Patrolun bundan əvvəlki nəsli dünyada, eləcə də Azərbaycanda sevilir. İndi ikinci əl bazarda Nissan Patrol modelini tapmaq çox çətindir. Bu da onunla bağlıdır ki, avtomobil sahibləri Patroldan o qədər razıdırlar ki, ondan ayrılmaq istəmirlər. Maraqlıdır, yeni Nissan Patrol bu uğurları təkrarlaya biləcəkmi?
- Düşünürəm ki, yeni Patrol bu uğurları nəinki təkrarlayacaq, hətta ötüb keçəcək. Çünki yeni model həm dizayn, həm mühərrik, həm də şassi baxımından tamamilə yenilənib. Avtomobilin istehsalında ən son texnologiyalardan istifadə olunub. Patrolun ərsəyə gəlməsinə böyük vəsait xərclənib, eyni zamanda, uzun müddət sınaqlar keçirilib.
Daha sonra avtomobilin üzərindəki örtük götürüldü və "qəhrəman”, jurnalistlərlə görüşə hazırdır. Onun siması gücündən, sürətindən, komfortundan, təhlükəsizliyindən xəbər verir. Yeni Patrol haqqında bundan öncəki buraxılışlarımızda yazmışdıq. Amma buna baxmayaraq, model haqqında kiçik bir məlumatı yenidən sizlərlə bölüşürük. Yeni Patrol 5,6 litr benzin mühərriklə təchiz olunub. Mühərrik 460 at gücü istehsal edir və 7 pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Model ən son texnoloji yeniliklərlə təchiz edilib. Bu və test-drive barədə növbəti buraxılışda. Avtomobilin qiymətinə gəlincə isə, yeni Patrol 77 000 manatdan başlayan qiymətlərlə təklif olunur.


Просмотров: 570 | Добавил: KENT | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Block title
Daf
Вход
Поиск
Календарь
«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Друзья сайта
  • YUKLE.UCOZ.COM
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2024
    Конструктор сайтов - uCoz