Главная

Регистрация

Вход
AVTO-AZ
Среда, 08.05.2024, 02:38
Приветствую Вас Гость | RSS
Block title
Меню
Статистика
Счетчики посещений
Главная » 2011 » Январь » 26 » 900 at güclü G-Power X6 Typhoon RS Ultimate
14:48
900 at güclü G-Power X6 Typhoon RS Ultimate

BMW X6 M dünya bazarında ən güclü və sürətli krossoverlərdən sayılır. Amma onlarla Bavariya avtomobilini təkmilləşdirmiş G-Power tüninq atelyesinin mütəxəssisləri əmindirlər ki, BMW X6 M daha güclü və sürətli ola bilər. G-Power-in mütəxəssisləri BMW X6 M üçün yeni tüninq paketi hazırlayıblar. O, Bavariya krossoverini yeni səviyyəyə qaldırıb. Atelyedə 4,4 litr həcmə və 555 at gücünə malik standart V8 mühərrikini 5,5 litr həcmə və 900 at gücünə malik standart V10 mühərriki ilə əvəz ediblər.

Altı pilləli transmissiya ilə tandemdə işləyən bu yeni mühərriklə tam ötürücülü avtomobil 100 km/saat sürəti cəmi 4,2 saniyəyə yığır. Onun 200 km/saat sürət yığmasına isə cəmi 13 saniyə tələb olunur. Tüninq atelyesinin rəsmi məlumatlarına görə, 1 dəqiqədə 6.800 dövrə ilə fırlanma anı 870 Nm-ə çatan aqreqat avtomobili 330 km/saat sürətlə qovmağa qadirdir. Qeyd edək ki, adi BMW X6 M avtomobilinin maksimal sürəti 250 km/saatdır, onun 100 km/saat sürət yığmasına isə 4,7 saniyə sərf olunur.
G-Power Typhoon RS adlandırılan avtomobil modifikasiya olunmuş asqısı, karbon-keramik əyləc mexanizmləri (altı porşenli əyləclərlə), 23 düymlük disk və bodi-kitlə standart modeldən fərqlənir. Titan və karbon materiallarından geniş istifadə sayəsində atelyenin mühəndisləri avtomobilin çəkisini 150 kiloqram aşağı salmağa nail olublar.
Məlumata görə, cəmi 5 ədəd G-Power Typhoon RS avtomobili buraxılacaq.

Qeyd etmək lazımdır ki, bu, G-Power atelyesinin BMW X6 M üzərində ilk işi deyil. Ötən ilin qışında atelye "gücləndirilmiş” X6 M modelini təqdim etmişdi, onun mühərrikinin həcmi 4,4 litr, qüvvəsi isə 605 at gücü təşkil edirdi.

Просмотров: 543 | Добавил: KENT | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Block title
Daf
Вход
Поиск
Календарь
«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Друзья сайта
  • YUKLE.UCOZ.COM
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2024
    Конструктор сайтов - uCoz